Xəzər Xəbər

İdmançımız erməniyə yerini göstərdi

İdman | 15:42 • 6 Aprel 2014
İdmançımız erməniyə yerini göstərdi

 

Bu gün Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatına yekun vurulur. Azerisport.az xəbər verir ki, çempionatın son günündə 71, 75, 80 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

71 kq-da yarışan Rəsul Çunayev 1/8 finalda Sergey Mironovla (Latviya) güləşib və 8:0 hesabıyla üstün olub. 1/4 finalda o, türkiyəli Yunus Özelə də 9:1 hesabıyla qalib gəlib. Yarımfinaldakı rəqib Ukrayna təmsilçisi Armen Vardanyan olub. Amma ona da qalib gələn (9:0) Çunayev adını finala yazdırıb.

75 kq çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev 1/8 finalda Aleksandr Çekirkini (Rusiya) mübarizədən kənarlaşdırmalıydı. Lakin Elvin 1:9 hesabıyla uduzub.

Rafiq Hüseynov (80 kq) 1/8 finalda Ukrayna təmsilçisi Aleksandr Şişmanla qarşılaşıb və 2:8 hesabıyla uduzub. Şişman növbəti mərhələdə uduzduğundan Rafiqin təsəlliverici görüşlərə qatılması da mümkün olmayıb.

Saman Təhmasibi (85 kq) də 1/8 finalda litvalı Laymutis Adomaytisə məğlub olub - 3:8.

Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 8 medal qazanıb.

Qadın güləşində Mariya Stadnik (48 kq) qızıl, İrina Netreba (58 kq) gümüş medala yiyələnib.

Sərbəst güləş yarışlarında Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) Avropa çempionu olub, Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.

Yunan-roma güləşində isə Həsən Əliyev (66 kq) gümüş, Kamran Məmmədov (59 kq) bürünc medal qazanıb.

Xəbər lenti

Çox oxunanlar