Xəzər Xəbər

Ronaldo 14 yaşlı uşağın həyatını xilas etdi

İdman | 12:06 • 7 Aprel 2014
Ronaldo 14 yaşlı uşağın həyatını xilas etdi

 

"Real"ın futbolçusu Kriştiano Ronaldo bir yeniyetmənin komadan ayılmasına kömək olub.

Qol.Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, velosiped sürərkən maşınla toqquşduğu üçün ağır xəsarət alan 14 yaşlı David son üç ayda komanda olub, həkimlər onun yaşamaq şansının az olduğunu bildirib.

Ancaq Davidin ailəsi uşaqlarının komadan ayılması üçün Ronaldonun kömək olacağını düşünüblər. Onlar Portuqaliya millisinin hücumçusunun "DÇ-2014"ün pley-off mərhələsində İsveçlə matçda (3:0) vurduğu üçüncü qoldan sonra sevinc qışqırıqlarının səs yazısını Davidə dinlədiblər. Bu səsi dinlədikdən sonra isə o, komadan ayılıb.

29 yaşlı futbolçu bu hadisədən xəbərdar olduqdan sonra Davidi və ailəsini Madridə dəvət edib. "Santyaqo Bernabeu"da klub prezidenti Florentino Perez tərəfindən qarşılanan David Çempionlar Liqasının 1/4 finalında "Borussiya" ilə ilk matçı da stadiondan izləyib. Həyatının ən xoşbəxt gününü yaşadığını deyən Davidə Ronaldo imzalı formasını hədiyyə edib.

Xəbər lenti

Çox oxunanlar