Xəzər Xəbər

Mourinyodan "Real" haqqında şok sözlər

İdman | 15:00 • 7 Aprel 2014
Mourinyodan "Real" haqqında şok sözlər

 

Londonun “Çelsi” klubunun baş məşqçisi Yoze Maurinyo Madridin “Real”ını çalışdıran zaman “Kral klubu”nun heç bir oyunçusuna etibar etməyib.O bu haqda yaxınlarda çap olunan kitabında yazıb. O qeyd edib ki, həmişə futbolçulardan hansısa fırıldaq gözləyib. “Barselona”ya qarşı oyunlardan birindən sonra isə onun himayəsində olan oyunçular ədəbsizlik paylarını alıblar: “Siz-satqınlarsınız. Mən sizdən xahiş etdim ki, bu oyunda əsas heyətlə bağlı heç nə danışmayın, siz isə məni satdınız. Mənim yeganə dostum Qranerodur, ancaq ona da axıracan inanmıram. Heç vaxt heç bir komandada belə satqınlarla üzləşməmişəm”.

Xatırladaq ki, Maurinyo Madriddə 2010-2013-cü illərdə işləyib. Onun baş məşqçiliyi zamanında “Real” çempionluqdan başqa İspaniya kuboku və super kubokunu  qazanıb. Maurinyo 2013-cü ilin iyun ayında “Çelsi” ilə 4 illik müqavilə imzalayıb.

Xəbər lenti