Xəzər Xəbər

PSJ növbəti super transferə hazırlaşır

İdman | 19:20 • 7 Aprel 2014
PSJ növbəti super transferə hazırlaşır

PSJ “Çelsi”nin belçikalı futbolçusu Eden Hazarda elçi düşüb.

Son dövrlərdə reallaşdırdığı transferlərlə diqqət mərkəzində olan Fransa klubu bu dəfə də xəsislik etmək fikrində deyil.

Gənc ulduz üçün 60 milyon avrosundan keçməyə hazır olan Paris təmsilçisinin futbolçu ilə rəsmi danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2012-ci ildən “Çelsi” forması geyinir.

Xəbər lenti

Çox oxunanlar