Xəzər Xəbər

"Borussiya" möcüzə axtarışında

İdman | 10:37 • 8 Aprel 2014
"Borussiya" möcüzə axtarışında

 

İlk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.

 

London "Çelsi" klubu Fransanın PSJ klubunu qəbul edəcək. İlk görüşdə səfərdə PSJ-yə 1:3 hesabı ilə uduzan London təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
 
Günün digər qarşılaşması isə Dortmundda baş tutacaq. Burada yerli "Borussiya" klubu Madrid "Real"ı ilə qarşılaşacaq. Madrid təmsilçisi ilk görüşdə 3:0 hesabı ilə qələbə qazandığından bu oyuna bir qədər rahat çıxacaq.

 

Qeyd edək ki, 1/4 finalın cavab oyunlarına sabah axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

 

 

 

 

 


8 aprel

 

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

 

23:45. "Çelsi" (İngiltərə) - "PSJ (Fransa) (İlk oyun - 1:3)

 

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Real" (Madrid, İspaniya) (İlk oyun - 0:3)

 

 

 

9 aprel

 

23:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya) (İlk oyun - 1:1)

23:45. "Bavariya" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) (İlk oyun - 1:1)

Xəbər lenti

Çox oxunanlar