Xəzər Xəbər

“Real” şokda – Beylin ardınca Ronaldo da sıradan çıxdı

İdman | 12:25 • 8 Aprel 2014
“Real” şokda – Beylin ardınca Ronaldo da sıradan çıxdı

Ulduz futbolçu məşqi yarımçıq tərk edib.

 

Məşq başlayandan cəmisi 20 dəqiqə sonra Ronaldo özünü narahat hiss edərək həkimlərə müraciət edib.

 

Həkimlər isə onun məşqi tərk etməsini lazım biliblər.  Çox güman ki, ulduz futbolçu bu gün keçiriləcək “Borussiya” ilə qarşılaşmanı buraxacaq.

 

Qeyd edək ki, “Real”ın daha bir ulduzu, Qaret Beyl də bu qarşılaşmada meydana çıxmayacaq. O, “Real Sosedad”la oyunda zədələnmişdi.

Xəbər lenti

Çox oxunanlar