Xəzər Xəbər

Arda yox, Kosta yox: rəqib isə "Barselona"

İdman | 14:08 • 9 Aprel 2014
Arda yox, Kosta yox: rəqib isə "Barselona"

 

Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında "Barselona" ilə qarşılaşacaq "Atletiko"nun heyətində ciddi itkilər var.

Komandanın aparıcı futbolçularından olan Dieqo KostaArda Turanın bugünkü qarşılaşmada iştirak edə bilməyəcəkləri dəqiqləşib. Zədədən əziyyət çəkən hər iki futbolçu dünən baş tutan məşqdə iştirak edə bilməyib.

Baş məşqçi Dieqo Simeone Kostanın əvəzinə Adriana şans verəcəyini bildirib: "Adrian yaxşı formadadır. Mövsümün əvvəllərində komandaya çox fayda verib. Əminəm ki, sabah çox yaxşı oyun nümayiş etdirəcək və qol vuracaq".

Qeyd edək ki, "Ateltiko" - "Barselona" matçı bu gün saat 23:45-də başlayacaq.

Xəbər lenti