Xəzər Xəbər

Axşam Messini görən oldu?

İdman | 11:28 • 10 Aprel 2014
Axşam Messini görən oldu?

Barselonanın futbolçusu Lionel Messi Atletiko ilə oyunda  6,8 km məsafə qaçıb.

26 yaşlı forvardın göstəricisi qapıçı Pintodan cəmi  1,5 km artıqdır.Oyunun qəhrəmanı Kokenin isə qaçdığından 2 dəfə azdır (12,2 km).

Barselonanın digər hücumçusu Neymar oyun ərzində 9,5 km, komanda yoldaşları - Xavi – 11,8, Аlbа – 11,5, Dani Alveş – 10,8, Bartra isə – 10,7 km məsafə qət ediblər.

Atletikonun futbolçuları ümumilikdə  110,3 km,  Barsalılar isə – 107,7 km qaçıblar.

Xəbər lenti

Çox oxunanlar