Xəzər Xəbər

Avropa Liqası: İspaniyada qisas günü

İdman | 12:15 • 10 Aprel 2014
Avropa Liqası: İspaniyada qisas günü

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. Cavab oyunları yarımfinalçıların adlarına aydınlıq gətirəcək.

Baş tutacaq 4 qarşılaşmanın hamısı eyni vaxtda başlayacaq. Bu matçlardan 3-ü Pireney yarımadasında keçiriləcək. “Benfika” Hollandiyada məğlub etdiyi “Alkmaar”la öz meydanında qarşılaşacaq.

İspaniyadakı matçlarda isə meydan sahibləri səfər uğursuzluğunun əvəzini çıxmağa çalışacaqlar. “Sevilya” “Porto”dan minimal hesablı məğlubiyyətin əvəzini çıxmalıdır. “Valensiya”nın işi daha çətindir. 

İtaliya “Yuventus”u da yarımfinalın astanasındadır. Turinlilər Fransada minimal hesabla qalib gəldikləri “Lion”u sınağa çəkəcək.

Avropa Liqası, 1/4 final, cavab oyunları

10 aprel

00:05. “Sevilya” (İspaniya) - “Porto” (Portuqaliya)

İlk oyun – 0:1

00:05. “Benfika” (Portuqaliya) - “Alkmaar” (Hollandiya)

İlk oyun – 1:0

00:05. “Yuventus” (İtaliya) - “Lion” (Fransa)

İlk oyun – 1:0

00:05. “Valensiya” (İspaniya) - “Bazel” (İsveçrə)

İlk oyun – 0:3

Xəbər lenti

Çox oxunanlar