Xəzər Xəbər

Bu açıqlamaya görə 20 min manat cərimələndilər

İdman | 10:38 • 25 Fevral 2025
Bu açıqlamaya görə 20 min manat cərimələndilər

AFFA İntizam Komitəsi “Turan Tovuz”u 20000 manat cərimələyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Açıqlamada klubun bəyanat yayaraq AFFA və Peşəkar Futbo Liqasının nüfuzuna xələl gəlməsinə gətirib çıxaran hərəkətlərə yol verdiyi bildirilib. 

“AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, “Turan Tovuz”un səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının XXIV turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb. Klub bu səbəbdən bəyanat yayaraq görüşün təxirə salınmasını istəyib.

Xəbər lenti