Misli Premyer Liqasında XXIII tur davam edir.
Xezerxeber.az xəbər verir ki, bu gün "Neftçi" "Qarabağ"la qarşılaşıb.
Gərgin keçən qarşılaşmanın ilk hissəsi qolsuz yekunlaşıb.
Matçın 22-ci dəqiqəsində Kevin Medina birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Görüşün 87-ci dəqiqədə Marko Yankoviçin penaltidən vurduğu qol oyunun taleyini müəyyənləşdirib.
"Qarabağ" "Neftçi"ni 1:0 hesabı ilə məğlub etməyi bacarıb.