Xəzər Xəbər

"Qalatasaray"ın hücumçusu Alvaro Morata zədələnib

İdman | 17:53 • 15 Fevral 2025
"Qalatasaray"ın hücumçusu Alvaro Morata zədələnib

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Xezerxeber.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Alvaro Morata sıradan çıxıb.

İspan forvard Avropa Liqası pley-off mərhələsinin "AZ Alkmar"la ilk matçında (1:4) ayaq əzələsindən zədə alıb. 32 yaşlı futbolçu Super Liqanın 24-cü turunun "Rizespor"la matçında iştirak etməyəcək.

"Qalatasaray" - "Rizespor" matçı fevralın 17-də keçiriləcək.

Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı qış transfer pəncərəsi zamanı "Milan"dan icarəyə götürüb.

İspaniya millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol vurub.

Xəbər lenti