Xəzər Xəbər

"Olimpiakos" - “Qarabağ” oyununun hakimləri açıqlanıb

İdman | 14:30 • 28 Yanvar 2025
"Olimpiakos" - “Qarabağ” oyununun hakimləri açıqlanıb

UEFA Avropa Liqasının əsas mərhələsində Yunanıstanda "Olimpiakos" və “Qarabağ” arasında keçiriləcək VIII tur oyununa təyinatlar açıqlanıb.

Xezerxeber.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçda ədaləti Radu Petresku qoruyacaq. Ona yan xətt hakimləri Radu Qinquleak və Mirsa Mixail Qriqoriy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Marsel Birsan yerinə yetirəcək.

VAR-da Katalin Popa, onun köməkçisi isə Sebastian Koltesku olacaq.

Qeyd edək ki, yanvarın 31-də oynanılacaq "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər lenti

Ət ucuzlaşıb VİDEO
19:34 • 2 Fevral 2025
Ağdərədə ev yanıb
18:01 • 2 Fevral 2025