Almaniyanın "Bavariya" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Münxen təmsilçisi "Köln"dən Yonas Urbiqi transfer edib. 21 yaşlı qolkiperlə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. İddiaya görə, gənc oyunçu üçün 7 milyon avro təzminat ödənilib.
"Bavariya" dünyanın ən böyük klublarından biridir. Burada olmaqdan qürur duyuram və yeni komanda yoldaşlarımla mümkün qədər tez tanış olmağı səbirsizliklə gözləyirəm. Məqsədim hər gün öz üzərimdə işləmək və inkişaf etməkdir”, - deyə Urbiq təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb.
Qeyd edək ki, qolkiper bu mövsüm bütün turnirlərdə 11 oyun keçirib, onlardan ikisində qapısını toxunulmaz saxlayıb.