Xəzər Xəbər

Bu futbolçuya fantastik məbləğdə pul təklif edildi

İdman | 13:12 • 28 Yanvar 2025
Bu futbolçuya fantastik məbləğdə pul təklif edildi

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Vinisius Junior Səudiyyə Ərəbistanından fantastik təklif alıb.

Xezerxeber.az AS nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan klubu braziliyalı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edib. Vinger təklifi qəbul etsə, bu müddət ərzində bir milyard avro qazanacaq.

İddiaya görə, klub futbolçunun transferi üçün Madrid təmsilçisinə 300 milyon avro təzminat ödəmək niyyətindədir. La Liqa klubu isə oyunçunu 1 milyard avrodan aşağı qiymətə satmaq istəmir. Lakin yarımmüdafiəçi komandadan ayrılmaq istədiyini bildirsə, “kral klubu”nun rəhbərliyi ərəblərin təklifi ilə razılaşmalı olacaq.

Xəbər lenti

Ət ucuzlaşıb VİDEO
19:34 • 2 Fevral 2025
Ağdərədə ev yanıb
18:01 • 2 Fevral 2025