Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.
Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı hücumçu komandası ilə müqaviləsinin müddətini uzadacaq. Təcrübəli forvard daha bir il Mayami təmsilçisinin formasını geyinmək niyyətindədir.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.