Almaniyanın “Bayer” (Leverkuzen) komandasının futbolçusu Conatan Ta karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Xezerxeber.az xəbər verir ki, 29 yaşlı müdafiəçi “Barselona” ilə danışıqlara başlayıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, Kataloniya təmsilçisi oyunçunun özü və meneceri ilə görüşüb.
“Barselona”ya keçmək istəyən futbolçu “Bayer”lə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.
Qeyd edək ki, Conatan Ta 2015-ci ildən “Bayer”də çıxış edir. O, Almaniya millisinin heyətində 32 oyunda meydana çıxıb.