La Liqada noyabr ayının ən yaxşı futbolçusu bəlli olub.
Xezerxeber.az xəbər verir ki, bu ada "Real"ın hücumçusu Vinisius Junior layiq görülüb.
Braziliyalı bu ay 2 oyunda meydana çıxıb. O, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Vinisius bu mövsüm 18 matçda 12 dəfə fərqlənib.