Xəzər Xəbər

AFFA-dan Premyer Liqa klublarına CƏRİMƏ

İdman | 15:02
AFFA-dan Premyer Liqa klublarına

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Xezerxeber.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 14-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Səbail” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

Eyni matçın 62-ci dəqiqəsində “Səbail”in azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə klub 500 manat cərimələnib.

Həmin oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı təmsilçisi 800 manat cərimə edilib.

“Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimələnib.

“Turan Tovuz” – “Sabah” görüşündə “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Sumqayıt” – “Şamaxı” oyununun 78-ci dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cərimələnib.

Xəbər lenti

Çox oxunanlar