Xəzər Xəbər

Arda Güler Türkiyə xalqından üzr istəyib

İdman | 13:25 • 20 Noyabr 2024
Arda Güler Türkiyə xalqından üzr istəyib

UEFA Millətlər Liqasının VI turunda Monteneqroya uduzan Türkiyə millisinin gənc ulduzu Arda Güler xalqından üzr istəyib.

Xezerxeber.az xəbər verir ki, "ay-ulduzlular"ın yarımmüdafiəçisi Arda Güler məğlubiyyətlə bağlı bunları deyib:

"Çox danışacaq şey yoxdur. Türkiyə xalqından üzr istəyirik. Martda pley-off oynayıb, A Liqasına vəsiqə qazanmağa çalışacağıq. Hakan Çalhanoğlu kimi əsas oyunçumuz oynamadı. O olsaydı, fərqli ola bilərdi. İndi alınmadı, hər kəsdən üzr istəyirik".

Qeyd edək ki, aktivində 11 xalı olan Türkiyə millisi növbəti mərhələyə yüksəlib. Monteneqro seçməsi isə aktivindəki üç xalla qrupun sonuncusu olub.

Xəbər lenti