Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti qolunu vurub.
Xezerxeber.az xəbər verir ki, 27 yaşlı forvard Almaniya II Bundesliqasının XI turu çərçivəsində “Hamburger”lə keçirilən görüşün 63-cü dəqiqəsində fərqlənib.
M. Emreli daha əvvəl IX turda “Qroyter”lə , X turda “Reqensburq”la və Almaniya Kubokunda “Hoffenhaym”la oyunlarda da fərqlənmişdi.