Xəzər Xəbər

"Beşiktaş"ın prezidentinin sürücüsü jurnalisti döyüb

İdman | 09:24 • 29 Oktyabr 2024
"Beşiktaş"ın prezidentinin sürücüsü jurnalisti döyüb

"Qalatasaray" - "Beşiktaş" matçından (2:1) sonra xoşagəlməz hadisə baş verib.

Xezerxeber.az xəbər verir ki, oyundan sonra stadionun ətrafında münaqişə yaşanıb.

"Qara qartallar"ın prezidenti Hasan Aratın sürücüsü "A Spor"un "Qalatasaray" müxbiri Emre Kaplanı döyüb. Buna səbəb jurnalistin paylaşımı olub.

Həmin paylaşımda Kaplan "Keçmiş olsun, Hasan Arat, keçmiş olsun, Hüseyin Yücel. Təcili şəfalar diləyirəm", - deyə qeyd edib.

Hadisədən dərhal sonra "A Spor" müxbiri təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Xəbər lenti