Xəzər Xəbər

UEFA Çempionlar Liqasının III turunun oyunları keçirilib NƏTİCƏLƏR

İdman | 08:51 • 23 Oktyabr 2024
UEFA Çempionlar Liqasının III turunun oyunları keçirilib

UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start verilib.

Xezerxeber.az xəbər verir ki, azarkeşlər 9 oyuna şahidlik ediblər.

Gecənin prinsipial matçlarından biri İspaniyada keçirilib. Real Madrid” evdə Almaniyanın “Borussiya” (Dortmund) kollektivini 5:2 hesabı ilə üstələyib.

“Arsenal” (İngiltərə) isə doğma meydanda Ukrayna “Şaxtyor”una (Donetsk) minimal hesabla qalib gəlib - 1:0.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

III tur

“Milan” (İtaliya) - “Brügge” (Belçika) - 3:1

“Monako” (Fransa) - “Srvena Zvezda” (Serbiya) - 5:1

PSJ (Fransa) - PSV (Niderland) - 1:1

“Yuventus” (İtaliya) - “Ştutqart” (Almaniya) - 0:1

“Aston Villa” (İngiltərə) - “Bolonya” (İtaliya) - 2:0

“Jirona” (İspaniya) - “Slovan” (Slovakiya) - 2:0

“Şturm” (Avstriya) - “Sportinq” (Portuqaliya) - 0:2

“Real Madrid” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) -5:2

"Arsenal" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:0

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin III turuna bu gün yekun vurulacaq.

Xəbər lenti