Xəzər Xəbər

“Qarabağ” – “Ayaks” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

İdman | 17:00 • 21 Oktyabr 2024
“Qarabağ” – “Ayaks” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.

Klubdan verilən məlumata görə, artıq matça 20 min 200 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Xəbər lenti

Oğuza dolu yağıb
21:26 • 21 Oktyabr 2024