Xəzər Xəbər

Azərbaycan yığması bu gün Slovakiyanı qəbul edəcək

İdman | 09:24
Azərbaycan yığması bu gün Slovakiyanı qəbul edəcək

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiyanı qəbul edəcək.

Xezerxeber.az xəbər verir ki, C Liqasının 1-ci qrupunun oyunu saat 20:00-da başlayacaq.

Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edəcək. Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

IV tur

Azərbaycan - Slovakiya

Baş hakim: Roxit Saqqi (Norveç).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

Xəbər lenti

Çox oxunanlar