Xəzər Xəbər

Bu gün Azərbaycan Kubokuna iki oyunla start veriləcək

İdman | 10:47
Bu gün Azərbaycan Kubokuna iki oyunla start veriləcək

Futbol üzrə Azərbaycan Kubokunda bu gün I təsnifat mərhələsinin oyunlarına start veriləcək.

Xezerxeber.az xəbər verir ki, II Liqada çıxış edən “Şahdağ Qusar” İmişlinin “Kür-Araz” kollektivini sınağa çəkəcək. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq matçın start fiti 14:00-da səslənəcək.

Günün digər görüşündə II Liqanın iki təmsilçisi – “Şəfa” və “Saatlı-Araz” üz-üzə gələcək. "ASK Arena"da təşkil olunacaq oyun saat 16:30-da başlayacaq.

Qeyd edək ki, I təsnifat mərhələsində digər qarşılaşmaları 13-14 oktyabrda keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar