Xəzər Xəbər

Dünya çempionu olmuş tanınmış futbolçu karyerasını başa vurub

İdman | 15:14 • 11 Oktyabr 2024
Dünya çempionu olmuş tanınmış futbolçu karyerasını başa vurub

Almaniya millisinin Polşaəsilli sabiq futbolçusu Lukas Podolski karyerasını başa vurub.

Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, o, “Qornik” (Polşa) və yetirməsi olduğu “Köln” (Almaniya) komandalarının özü üçün təşkil etdiyi vida matçında hər iki klubun formasını geyinib.

Həmin qarşılaşmada Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv, “Borussiya”nın (Dortmund) keçmiş qapıçısı Roman Vaydenfeller və “Bavariya”nın qolkiperi Manuel Noyer də meydana çıxıblar.

Qeyd edək ki, Lukas Podolski karyerası ərzində “Bavariya” (Almaniya), “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) və “Qalatasaray” (Türkiyə) kimi tanınmış komandalarda oynayıb. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xəbər lenti

Çox oxunanlar