Xəzər Xəbər

Azərbaycan – Slovakiya matçının hakimləri müəyyənləşib

İdman | 13:50 • 11 Oktyabr 2024
Azərbaycan – Slovakiya matçının hakimləri müəyyənləşib

UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Roxit Saqqi olacaq. Ona yan xətt hakimləri Morten Yensen və Anders Olav Deyl kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Xəbər lenti

Çox oxunanlar