Xəzər Xəbər

“Qarabağ” – “Malmö” oyununa 24 min bilet satılıb

İdman | 15:31
“Qarabağ” – “Malmö” oyununa 24 min bilet satılıb

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa bilet satışı davam edir.

Ağdam təmsilçisindən Xezerxeber.az-a verilən məlumata görə, artıq qarşılaşma üçün 24 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

Qeyd edək ki, "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq.

Xəbər lenti

Çox oxunanlar