Nüfuzlu “FourFourTwo” nəşri futbol tarixinin ən yaxşı “seyv” edən qapıçılarının adlarını açıqlayıb.
Xezerxeber.az xəbər verir ki, siyahıya 1970-ci ildə keçirilmiş dünya çempionatında Braziliyaya qarşı matçda qurtarış edən İngiltərə millisinin keçmiş qolkiperi Qordon Benks başçılıq edir.
İkinci sırada “Mançester Yunayted”in (İngiltərə) danimarkalı sabiq qapıçısı Peter Şmeyxel yer alıb. O, avrokuboklarda Avstriyanın “Rapid” komandası ilə 1996-cı ildə baş tutmuş görüşdə diqqət mərkəzinə düşüb.
İlk “üçlüy”ü isə "Lion"un (Fransa) fransalı veteran qapıçısı Qreqori Kupenin "Barselona" ilə (2001-ci il) oyunda etdiyi möcüzəvi toxunuş tamamlayıb.