“Çelsi”nin və Kot-d'İvuar millisinin sabiq futbolçusu Salomon Kalu karyerasını bərpa edib.
Xezerxeber.az xəbər verir ki, yenidən yaşıl meydanlara geri dönən 39 yaşlı oyunçu ölkəsinin I Divizionunda mübarizə aparan “Qaqnao” komandasına keçib. O, həmçinin sözügedən klubda idman direktoru vəzifəsini də yerinə yetirəcək.
Futbolçu son olaraq Cibutinin “Arta/Solar7” komandasında oynayıb.
Qeyd edək ki, Salomon Kalu karyerası ərzində “Çelsi” ilə yanaşı, Fransanın “Lill” və Almaniyanın “Herta” (Berlin) kimi tanınmış klublarının formasını geyinib. Forvard Kot-d'İvuar milisində 97 oyunda 28 qolla yadda qalıb.