Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında iki pilot mübarizəni dayandırıb.
Xezerxeber.az xəbər verir ki, "Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns və “Red Bull”un meksikalı sürücüsü Serxio Peresin idarə etdiyi bolid təhlükəsizlik maneəsinə çırpılıb. Onların avtomobili trasdan kənarlaşdırılıb.