Formula 2 üzrə Azərbaycan Qran-Prisində əsas yarışın qalibləri mükafatlandırılıb.
Xezerxeber.az xəbər verir ki, birinci yeri “Trident” komandasından Rixard Versxor tutub.
“ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martin ikinci, “Rasinq Prema”dan italiyalı Kimi Antonelli üçüncü olub.
Mükafatı gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.
Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.
Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.