Xəzər Xəbər

Bakı ən sevdiyim traslardan biridir Şarl Lekler

İdman | 18:41 • 14 Sentyabr 2024
Bakı ən sevdiyim traslardan biridir

Bu, ən sevdiyim traslardan biridir.

Xezerxeber.az xəbər verir ki, bunu "Ferrari" pilotu Şarl Lekler Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi olması ilə bağlı danışarkən deyib.

Sürücü birinci sərbəst yürüşdə qəza törətdiyini xatırladıb: "Həftəsonu asan başlamadı. Amma mən özümə inanmağa davam etdim. Tempimizin yaxşı olduğunu bilirdim. Sıralama turunda ilk işim səddə toxunmamaq oldu. Bolid də əla idi".

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Xəbər lenti

Çox oxunanlar