Xəzər Xəbər

Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşləri başa çatdı

İdman | 12:04 • 13 Sentyabr 2024
Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşləri

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşləri başa çatıb.

Xezerxeber.az-ın məlumatına görə, yarışda 11 komanda iştirak edib.

Məlumata görə, komandalardan ikisi yarış zamanı qəza və avtomobildə yaranan problem səbəbindən mübarizəni dayandırıb.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşləri start götürüb.

Bu gündən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.

13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.

Yarışın 2-ci günü, yəni sentyabrın 14-də Formula 1 komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

Xəbər lenti