Xəzər Xəbər

Paris Paralimpiadasında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər

İdman | 08:50 • 10 Sentyabr 2024
Paris Paralimpiadasında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər.

Xezerxeber.az xəbər verir ki, mükafatçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.

Xəbər lenti

Çox oxunanlar