Xəzər Xəbər

“Qarabağ” fransalı hücumçu ilə yollarını ayırıb

İdman | 16:19 • 9 Sentyabr 2024
“Qarabağ” fransalı hücumçu ilə yollarını ayırıb

“Qarabağ” komandası futbolçusu Hamidu Keytayla yollarını ayırıb.

Bu barədə Xezerxeber.az-a klubdan məlumat verilib.

İyirmi doqquz yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Xəbər lenti

Çox oxunanlar