Xəzər Xəbər

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

İdman | 17:25 • 7 Sentyabr 2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Aslan Kotsoyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.

Xezerxeber.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Milyan Radulu sınağa çəkib. Rəqibinə 0:2 hesabı ilə uduzan A.Kotsoyev fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Şamil Tuncay (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) isə bürünc medal görüşünə çıxacaqlar. Onlar müvafiq olaraq, italiyalı Henri Ovusun və çexiyalı Tomaş Raşka ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024