Xəzər Xəbər

"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb

İdman | 11:32 • 6 Sentyabr 2024
"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb

"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Buna müdafiəçinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub - 1:3.

Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.

Xəbər lenti