Xəzər Xəbər

“Qarabağ” dünya çempionu olmuş futbolçunu transfer edib

İdman | 18:24 • 3 Sentyabr 2024
“Qarabağ” dünya çempionu olmuş futbolçunu transfer edib

“Qarabağ” komandası növbəti transferini reallaşdırıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşuk heyətə cəlb edilib. 24 yaşlı hücuma meylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Şaxtyor”un (Donetsk) yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü illər mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.

Xəbər lenti