Xəzər Xəbər

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı YENİLƏNİB

İdman | 23:23 • 28 Avqust 2024
“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Xezerxeber.az xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edib. 

Qarşılaşmada "Dinamo" 2:0 hesabı ilə qalib gəlib. Bu komadalar arasında ilk matçda Zaqreb klubu 3:0 hesablı qələbə qazanmışdı. 

Nəticədə "Qarabağ" ümumilikdə 0:5 hesabı ilə uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Azərbaycan təmsilçisi yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək. Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirak edəcək. 

Qeyd edək ki, bu, Ağdam klubunun ÇL-in pley-off mərhələsində 3-cü iştirakı olub. 2017/18 mövsümündə komanda qrup mərhələsinə düşə bilib. "Qarabağ" 2022/23 mövsümündə isə pley-off mərhələsini adlaya bilməyib.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları 

28 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2 

Qollar: Marko Pyaça, 33 (0:1), Mateus Silva, 54-avtoqol (0:2)

Qırmızı vərəqə: Kevin Medina, 88 ("Qarabağ", ikinci sarı vərəqə)

Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)

VAR: Stüart Attvell

İlk oyun - 0:3

20:40

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.

Xezerxeber.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dinamo”nu (Zaqreb) qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.

Komandalar arasındakı ilk matçda “Dinamo” qələbə qazanıb – 3:0.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

28 avqust

20:45 Qarabağ – Dinamo (Zaqreb, Xorvatiya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun 0:3
Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

"Dinamo": 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyerr-Qabriel, 20. Marko Pyatsa, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofile-Katerine

Baş məşqçi: Sergey Yakiroviç

Xəbər lenti

Çox oxunanlar