Xəzər Xəbər

Zirə" tarixində ilk dəfə pley-offda

İdman | 00:27 • 16 Avqust 2024
Zirə" tarixində ilk dəfə

“Zirə” Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

Xezerxeber.az xəbər verir ki, Bakı klubu III təsnifat mərhələsin də Xorvatiyanın "Osiyek" komandasına penaltilərdə qələbə qazanıb.

"Liv Bona Dea Arena”dakı matçda 90 dəqiqə də qalib müəyyənləşməyib - 2:2.

Qonaqlarda 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyası olub. Burada daha dəqiq olan "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə görüşəcək.

Xəbər lenti

Çox oxunanlar