UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyun başa çatıb.
Xezerxeber.az xəbər verir ki, görüş Ağdam təmsilçisinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun 90 dəqiqəsi “Qarabağ”ın 3:2 hesablı üstünlüyü ilə sona çatıb. Komandalar arasında ilk matç “Ludoqorets”in 1:2 hesablı qələbəsi ilə yekunlaşdığından, qarşılaşmada əlavə vaxt oynalıb. Yekunda isə 2-7 hesabı qeydə alınıb.
Bununla da təmsilçimiz adını UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.
“Qarabağ”ın heyətində qolları Olavio Juninyo, Yassin Benzia (2 qol), Toral Bayramov, Redon Cica və Patrik Andrade (2 qol) vurublar.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo”(Zaqreb) komandası ilə üz-üzə gələcək.