Argentina millisinin və İtaliyanın “Roma” komandasının futbolçusu Paulo Dibala Səudiyyə Ərəbistanından gələn təklifdən imtina edib.
Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin “Əl-Kadisiya” klubu 31 yaşlı yarımmüdafiəçini transfer etmək istəsə də, qarşı tərəfdən müsbət cavab almayıb. Oyunçu titullar qazanmaq niyyətində olduğu üçün “canavarlar”da qalmağı üstün tutub.
İddiaya görə, “Əl-Kadisiya” P. Dibalaya 4 ili üçün ümumilikdə 100 milyon avro maaş verməyi təklif edib.
Qeyd edək ki, Paulo Dibalanın “Roma” komandası ilə müqaviləsi gələn ilin yayında başa çatır. “Transfermarkt” portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.