Xəzər Xəbər

Sergi Roberto “Barselona”dan ayrıldı

İdman | 09:30 • 12 Avqust 2024
Sergi Roberto “Barselona”dan ayrıldı

Yarımmüdafiəçi Sergi Roberto İspaniyanın “Barselona” futbol klubundan ayrılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Əziz “Barselona” azarkeşləri, birlikdə getdiyimiz yola görə sizə təşəkkür etməyin vaxtıdır”, - deyə Roberto bildirib.

Qeyd edək ki, Robertonun 32 yaşı var, 2010-cu ildən "Barselona"nın əsas komandasında çıxış edir. “Barselona” ilə o, yeddiqat İspaniya çempionu, 6 dəfə İspaniya kubokunun və 2 dəfə Çempionlar Liqasının qalibi olub. Ümumilikdə, Roberto “Barselona” ilə yüksək səviyyədə 373 oyun keçirib. Bu oyunlarda 26 qol vurub və 46 məhsuldar ötürmə verib.

Xəbər lenti