Xəzər Xəbər

Azərbaycanın tanınmış güləşçisi karyerasını bitirdi

İdman | 20:01 • 11 Avqust 2024
Azərbaycanın tanınmış güləşçisi karyerasını bitirdi

Azərbaycanın tanınmış sərbəst güləşçisi Hacı Əliyev peşəkar idmançı karyerasını başa vurub.

Xezerxeber.az xəbər verir ki, 34 yaşlı idmançı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Titullu güləşçimiz "Bu da son" yazaraq idmanla vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Hacı Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionudur.

Xəbər lenti