Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları bəlli olub.
Xezerxeber.az xəbər verir ki, tədbirdə bayrağımızı taekvondoçu Qaşım Maqomedov və bədii gimnast Zeynəb Hümbətova dalğalandıracaqlar.
Bağlanış mərasimi avqustun 11-də keçiriləcək.
Qeyd edək ki, Qaşım Maqomedov Paris Olimpiadasında gümüş medal qazanıb, Zeynəb Hümbətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.