Xəzər Xəbər

Paris-2024: Hacı Əliyev 1/4 finalda məğlub olub YENİLƏNİB

İdman | 15:25 • 10 Avqust 2024
Paris-2024: Hacı Əliyev 1/4 finalda məğlub olub

 

Paris-2024-də sərbəst güləş üzrə yarışlar davam edir.

Xezerxeber.az xəbər verir ki, Hacı Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmayıl Musukayevlə qarşılaşıb.

Üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev rəqibinə məğlub olub - 10:3.

 

14:21

 

Paris-2024-də sərbəst güləş üzrə yarışlar davam edir.

Xezerxeber.az xəbər verir ki, Rio Olimpiya Oyunlarının bürünc, Tokio-2020-nin gümüş mükafatçısı Hacı Əliyev dəsti tamamlamaq üçün xalçaya çıxıb.

65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev meksikalı Ostin Qomeslə üz-üzə gəlib.

Rəqibini məğlub edən təmsilçimiz 1/4 finala vəsiqə qazanıb.

Xəbər lenti

Çox oxunanlar