Xəzər Xəbər

Maria Stadnik karyerasını başa vurub

İdman | 13:28 • 7 Avqust 2024
Maria Stadnik karyerasını başa vurub

Azərbaycan millisinin qadın güləşçisi Maria Stadnik karyerasını bitirib.

Xezerxeber.az xəbər verir ki, qadın güləşçi Maria Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurduqdan sonra bu addımı atıb.

Dördqat olimpiya mükafatçımızın M.Stadnik 1/4 finalda monqolustanlı Otqonjarqal Dolqoryava məğlub olaraq Paris Olimpiadası ilə vidalaşıb.

Qeyd edək ki, yunan-Roma güləşçisi Sabah Şəriəti də “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışlını başa vurduqdan sonra karyerasını bitirib. “Rio-2016”nın bürünc medalçısı Sabah Şəriəti iranlı dünya çempionu Amin Mirzəzadəyə 0:4 hesabı ilə uduzaraq 5-ci yerlə kifayətlənib.

Xəbər lenti