Xəzər Xəbər

“Qarabağ” üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib

İdman | 22:01 • 6 Avqust 2024
“Qarabağ” üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları Bakıda üz-üzə gəlib.

Xezerxeber.az xəbər verir ki, görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ludaqorets”in heyətində Duarte və Vidal, “Qarabağ”da isə Olavio Juninyo fərqləniblər.

Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

Xəbər lenti